06 yanvar 2022 16:30
799

Mbappe: Çempionlar Liqasını qazanmaq istəyirik

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 finalında "Real"la keçirəcəkləri oyunlar barədə danışıb. 

“İki sahil” xəbər verir ki, 23 yaşlı hücumçu CNN-ə açıqlamasında deyib: "Biz hazır olmalıyıq. Vaxt gəldi. Bu, mövsümün ən vacib hissəsidir. Təbii ki, biz irəliyə doğru addım atmaq istəyirik. Finala, yarımfinala yüksəlməyimizdən iki il keçir. Amma indi qalib gəlmək istəyirik".