06 yanvar 2022 16:11
657

Böyüklərin respublika çempionatı keçirilələcək

9 yanvar tarixində Fövqaladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Kompleksində Böyüklər arasında 29-cu Respublika Çempionatı keçiriləcək.

“İki sahil” xəbər verir ki, fərdi kata çıxışlaırndan əlavə kumite yarışlarında kişilər -60 kq, -67 kq, -75 kq, -84 kq və +84 kq çəki dərəcəinsə, qadınlar isə -50 kq, -55 kq, -61 kq, -68 kq və +68 kq çəkilərdə mübarizə aparacaq. 

Respublika çempionatının təntənəli açılış mərasimi saat 16:00-da keçiriləcək. Qalib və mükafatçılar Azərbaycan Karate Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikası Milli Karate Federasiyasının təsis etdiyi kubok, medal və diplomlarla mükafatlandırılacaq.     

Yarışın əsasnaməsi ilə buradan tanış ola bilərsiniz.