06 yanvar 2022 15:39
528

İtaliya klubu karantinə alınıb

“Udineze” bütün komanda ilə karantinə alınıb.

“İki sahil” xəbər verir ki, bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.

Klub rəhbərliyi komandada koronavirusa kütləvi yoluxma halları üzündən belə addım atıb. Komanda yanvarın 5-dən 9-dək karantində olacaq.

Udine təmsilçisi A seriyasının “Fiorentina” ilə yanvarın 6-da və “Atalanta” ilə üç gün sonra keçiriləcək matçlarına çıxa bilməyəcək. Klub təşkilatçılardan oyunların təxirə salınmasını xahiş edib.