Dakar ralli marafonunun beşinci mərhələsində ağır qəza qeydə alınıb.
“İki sahil” xəbər verir ki, "SRT Racing" komandasının Səudiyyə Ərəbistanından olan pilotu Yasir Seaydan və rusiyalı şturman Aleksey Kuzmiç ciddi qəza keçirib.
Avtomobil magistral yolda aşaraq alovlanıb. Maşından düşməyi bacaran ekipaj xilasedici helikopter çağırıb. Hadisə yerinə gələn həkimlər sürücüləri ilkin müayinədən keçirdikdən sonra onların sağlıq durumlarının təhlükədə olmadıqlarını bildiriblər.
Qeyd edək ki, yekunda Yasir Seaydan və Aleksey Kuzmiç 10-cu yeri tutublar. Bununla da ekipaj "Dakar-2022"də çıxışını başa vurub.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB