Azərbaycan millisinin hücumçusu Mahir Emreli daha bir klubun maraq dairəsinə düşüb.
“İki sahil” Macarıstan mətbuatına istinadla xəbər verir ki, 25 yaşlı forvardın Polşada qalmaq ehtimalı yüksəkdir.
“Legiya”nın futbolçusunun “Fehervar”a keçmək şansının az olduğu vurğulanıb. Çünki Emreli Polşa Ekstraklasasının digər iştirakçısı “Lex”in transfer gündəminə düşüb. Poznan klubu Mahirə artıq müqavilə də təklif edib. Ekstraklasasının hazırkı lideri həmyerlimizlə 1,5+1 illik saziş imzalamaq niyyətindədir.
Polşa klubu futbolçunun “Legiya” ilə müqaviləsinə xitam verməsini gözləyir. Çünki Emreli özü bunun üçün varşavalılara məktub göndərib və komandanın düşərgəsinə qayıtmayacağını bildirib.
Qeyd edək ki, “Legiya”ya ötən ilin yayında “Qarabağ”dan keçən Mahir Emreli bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 33 oyunda 11 qol vurub.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB