06 yanvar 2022 13:52
775

“Qarabağ”ın rəqibi futbolçusunu icarəyə göndərdi

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” müdafiəçisi Cordan Amavini icarəyə verib. 

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı müdafiəçi karyerasını “Nitsa”da davam etdirəcək. O, Liqa 1 təmsilçisi ilə mövsümün sonunadək müqavilə imzalayıb. Həmçinin anlaşmaya əsasən, “Nitsa” yayda Amavini birdəfəlik transfer etmək hüququna malik olacaq. 

Qeyd edək ki, 2017-ci ildən “Marsel”in formasını geyinən Amavi bu komandanın heyətində 126 oyun keçirib.

Əlavə edək ki, “Marsel”lə “Qarabağ” arasında oyunlar fevralın 17-də və 24-də keçiriləcək.