Böyük Britaniya və İrlandiya DÇ-2030-a ev sahibliyi etmək üçün namizəd olmaq fikrindən daşınıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb. Böyük Britaniya və İrlandiya Avro-2028-ə ev sahibliyi etmək istədiyi üçün belə qərara gəliblər. Beləliklə, bu ölkələr yarışın təşkilatçılığı üçün Türkiyəyə və Rusiyaya rəqib olublar.
Xəbərdə o da qeyd olunub ki, Böyük Britaniya və İrlandiya mart ayına qədər namizədliyini rəsmi şəkildə təqdim etməlidirlər. Həmçinin bildirilib ki, 2028-ci ildə Avropa çempionatının 32 komandanın iştirakı ilə keçirilməsi gözlənilir. Hətta UEFA da sözügedən ölkələrin turnirə ev sahibliyi etmək istəyini müsbət qarşılayır.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB