Azərbaycanın keçmiş qadın cüdoçusu Kifayət Qasımovaya yeni vəzifə verilib.
“İki sahil” xəbər verir ki, 36 yaşlı idmançı qadınlardan ibarət milli komandada məşqçi kimi fəaliyyətə başlayıb. O, baş məşqçi Rəşad Məmmədovun köməkçisi təyin olunub.
Qeyd edək ki, 57 kq çəki dərəcəsində çıxış etmiş keçmiş Kifayət Qasımova 2006-cı il Avropa çempionatında gümüş, 2007 və 2008-ci ilin müvafiq yarışlarda bürünc medal əldə edib. 2009-cu ildə dünya çempionatında bürünc medal qazanan Qasımova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib çıxıb.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB