"Barselona"nın futbolçusu Dani Alves yeni rekorda imza atıb.
"İki sahil" xarici KİV-lərə istinadən xəbər verir ki, o, buna İspaniya kubokunun 1/16 finalında "Linares"lə matçda (2:1) iştirak edərək nail olub. Braziliyalı müdafiəçi sözügedən görüşdə start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. 38 yaş 244 gün olan Dani Kataloniya təmsilçisində rəsmi matçda oynayan ən yaşlı oyunçu olub.
Klubun əvvəlki rekordçusu qapıçı Xose Pinto olub. O, "Barselona"nın heyətində son matçını 38 yaş 190 gündə keçirib.
Xatırladaq ki, Alves 2008-2016-cı illərdə də Kataloniya klubunda çıxış edib. Onun "Barselona" ilə hazırkı müqaviləsi bu mövsümün sonuna kimidir.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB