Romen Bask "Neftçi"dən ayrılmasının səbəbi haqda danışıb.
"İki sahil" Fransa mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu Bakı təmsilçisini ölkəsinin "Şatoru" klubuna dəyişməsini ailə vəziyyəti ilə əlaqələndirib.O,
Azərbaycanda özünü yalnız hiss etdiyini və kiçik qızı üçün çox darıxdığını deyib: "Həqiqətən legioner həyatı yaşamaq istəyirdim. "Neftçi"də çox gözəl anlar yaşadım, əla mühitdə böyük matçlar keçirdim. Komandadan hər şey pis getdiyi üçün ayrılmadım. Yeganə səbəb, ölkə xaricində tək olmağım idi".
Qeyd edək ki, R.Bask "Neftçi"yə bu mövsümün əvvəlində ölkəsinin "Havr" klubundan keçmişdi. 27 yaşlı yarımmüdafiəçi "Şatoru" ilə 3 illik müqavilə imzalayıb.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB