Peyvənd olunmayanların maaşlarını kəsmək lazımdır
“İki sahil” xəbər verir ki, belə bir açıqlama ilə italiyalı sabiq baş məşqçi Fabio Kapello çıxış edib.
O bildirib ki, polislər vaksin vurdurmağa borcludurlarsa, futbolçuların bunu etməmələri anlaşılmazdır: "Peyvənd olunmayan futbolçular cəmiyyətə zərər vururlar. Onların maaşlarını kəsmək lazımdır. Vaksin edilənlər xəstəliyi asan keçirir və tez bərpa olunurlar".
Əvvəllər Kapello İspaniyanın "Real Madrid", İtaliyanın "Milan", "Roma" və "Yuventus", Çinin "Tszyansu Sunin" klublarının, eləcə də İngiltərə və Rusiya yığmalarının baş məşqçisi olub.
Qeyd edək ki, A Seriyası Avropa futbolunda ən yüksək peyvəndlənmə göstəricisinə malikdir. Burada oyunçu və digər əməkdaşların 98 faizi vaksinləşdirilib. İtaliya çempionatı yanvarın 6-da bərpa olunacaq.
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar