Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” qış təlim-məşq toplanışına başlayıb.
"İki sahil" Varşava təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün klubun bazasında bir araya gəlib.
Yalnız "Legiya"dan ayrılacağı gözlənilən Mahir Emreli komanda ilə birlikdə deyil. Komanda sabah hazırlıq üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yollanacaq. Orada 3 yoxlama görüşü keçirəcək “Legiya” yanvarın 22-də Polşaya qayıdacaq.
Qeyd edək ki, Mahir Emreli “Legiya” ilə müqaviləsinə xitam verilməsi üçün kluba müraciət edib.
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar