“Liverpul” məşq mərkəzini müvəqqəti bağlayıb.
“İki sahil” xəbər verir ki, İngiltərə klubu koronavirus pandemiyası səbəbindən belə addım atmağa məcbur olub.
Komandada yoluxanların artması mersisasylıları sərt tədbirə əl atması ilə nəticələnib. Son testlərdən bir neçəsində də infeksiya şübhəsi üzə çıxıb.
Bunadək isə baş məşqçinin köməkçisi Pep Lindersin testi müsbət nəticə verib. Baş məşqçi Yurgen Klopp və bir neçə futbolçu da artıq karantindədir.
Qeyd edək ki, “Liverpul” Liqa kubokunun sabahkı yarımfinalında “Arsenal”la görüşməlidir. Matçın təxirə salınması ehtimal edilir.
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar