Millimizin sabiq üzvü Eddi İsrafilov “Neftçi”yə keçməyə yaxındır.
“İki sahil” xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi klubla müqavilə bağlamaq üçün artıq Bakıya gəlib. Onun bugünlərdə "Neftçi" ilə sözləşməyə imza atacağı gözlənilir.
Qeyd edək ki, yığmamızda 12 oyun keçirən Eddi İsrafilov İspaniyada "Real Mursiya", "Ximnastik", "Qranada", "Eybar", "Kordoba"da çıxıb. Onun son klubu isə “Albasete” olub. Futbolçu ötən ilin yayından klubsuzdur.
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar