05 yanvar 2022 13:35
679

Serbiyalı biznesmen İngiltərə klubunu alıb

Serbiyalı biznesmen Draqan Şolak İngiltərənin "Sautgempton" klubunun səhmlərə nəzarət zərfinin 80 faizini əldə edib.

“İki sahil” xəbər verir ki, daha 20 faizlik hissə xanım minoritar sahibkar olan Katarina Libherrdə qalıb. Baş direktor Martin Simens də işini davam etdirəcək.

Qeyd edək ki, "Sautgempton"un əvvəlki sahibi Qao Çişen klubu 2017-ci ildə almışdı. Hazırda klub Premyer Liqada 19 oyundan 21 xalla 14-cü yerdə gedir.