İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
“İki sahil” xəbər verir ki, A seriyası təmsilçisi Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Jonatan İkoneni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Fiorentina” 23 yaşlı hücumameylli yarımmüdafiəçi üçün Fransa klubuna 14 milyon avro ödəyib. Onunla 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb.
Jonathan İkone 2018-ci ildən “Lill”də çıxış edirdi. Konqo əsilli futbolçu Fransa yığmasında 4 matça çıxıb, 1 qol vurub.
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar