"Zirə" Azərbaycan klubları arasında ilk dəfə qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanıb.
“İki sahil” xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda səhər saatlarında qonşu ölkəyə yola düşüb. Legionerlər məhz orada kollektivə qoşulacaq.
Qeyd edək ki, yanvarın 5-də təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanacaq "Zirə" 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Paytaxt təmsilçisi yanvarın 13-də Macarıstanın “Peç”, yanvarın 20-də Polşanın “Qurnik”(Leçna), yanvarın 24-də isə Şimali Makedoniyanın “Breqalnitsa” klubları ilə qarşılaşacaq.
Komanda yanvarın 25-də Bakıya qayıdacaq.
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar