Çelsi” hücumçusu Romelu Lukakunu cəzalandırıb.
“İki sahil” Britaniya mətbuatına istinadla xəbər verir ki, futbolçunun London klubuna keçməsinə peşman olduğunu açıqlaması onun üçün baha başa gəlib.
Klub belçkialı forvardı 500 min funt sterlinq məbləğində cərimələyib. Qalmaqallı açıqlamasından sonra “Liverpul”la Premyer Liqa matçının iştirak ərizəsinə salınmayan Lukaku artıq baş məşqçi ilə görüşüb. Onun Tuxeldən üzr istədiyi, bu səbəbdən İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsində sabah “Tottenhem”lə keçiriləcək görüşün heyətinə daxil ediləcəyi bildirilib.
Qeyd edək ki, Romelu Lukaku açıqlamasında komandanın oyun sistemini tənqid edib, “Çelsi”də xoşbəxt olmadığını və “İnter”dən ötrü darıxdığını bildirib.
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar