“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane koronavirusa yoluxub.
“İki sahil” xəbər verir ki, qvineyalı futbolçu hazırda ölkəsinin milli komandasının düşərgəsindədir. Bu barədə Qvineyanın firawasport.com portalı məlumat yayıb.
Kane ilə yanaşı, bir neçə komanda yoldaşında da koronavirus aşkarlanıb. Hazırda onların karantinə alındığı bildirilir.
Qeyd edək ki, Kane müqavilə ilə Yunanıstanın “Olimpiakos” klubuna məxsusdur. O, “Neftçi”də bu mövsümün sonuna qədər icarədədir.
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar