04 yanvar 2022 19:41
1133

"Çelsi" Lukakunu cərimələyəcək

"Çelsi"nin hücumçusu Romelu Lukaku mübahisəli müsahibəsinə görə cəzalandırılacaq.

"İki sahil" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, London təmsilçi futbolçunu 600 min avro məbləğində cərimələyəcək.

Xatırladaq ki, Lukaku müsahibəsində London klubundakı rolundan, Tomas Tuxelin sxemindən, həmçinin “İnter”ə qayıtmaq istəyindən danışıb.

Belçikalı ötən yay "Çelsi"yə "İnter"dən 115 milyon avroya keçib.