04 yanvar 2022 18:04
631

2026-cı ilin iyununa qədər "Atletiko"da

"Atletiko" futbolçusu Anxel Korrea ilə müqaviləni yeniləyib.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu ilə müqavilənin müddəti 2026-cı ilə iyununa qədər uzadılıb.

Qeyd edək ki, argentinalı oyunçu 2015-cı ilin yanvarından Madrid təmsilçisində oynayır. O, bu mövsüm meydana çıxdığı 25 matçda 7 qol vurub, 4 qolun ötürməsini verib.