04 yanvar 2022 19:00
1039

Uşaqlarına Qrizmann Mbappe adını qoydular

Çilidən olan cütlük yeni doğulan körpəsinə Qrizmann Mbappe adını verib.

"İki sahil" xarici KİV-lərə istinadən xəbər verir ki, valideynlərin bu qərarı ata və ananın futbol azarkeşi olması ilə bağlıdır. Uşağın atası oğluna “Atletiko”nun hücumçusu Antuan Qrizmannın, anası isə PSJ-nin futbolçusu Kilian Mbappenin şərəfinə ad seçib.

Belə ki, yeni doğulan körpənin tam adı Qrizmann Mbappe Çambi Pakahedir.