PSJ-nin futbolçusu Killian Mbappe Çempionlar Liqasının matçlarından sonra "Real"la müqavilə imzalayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb. Bildirilir ki, Madrid təmsilçisi keçidə heç nəyin mane olmayacağına əmindir. Qeyd olunub ki, artıq tərəflər arasında razılıq əldə olunub, sadəcə imzalamaq qalıb. Çempionlar Liqasının 1/8 mərhələsində PSJ - "Real" matçlarından sonra müqavilə imzalanacaq.
Xatırladaq ki, Mbappe 2017-ci ildə "Monako"dan PSJ-yə keçib. Onun klubu ilə müqaviləsi bu ilin iyunu başa çatır.
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar