04 yanvar 2022 13:23
703

Mahirin komandasının rəqibləri müəyyənləşdi

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya"nın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışındakı rəqibləri müəyyənləşib.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi ilk yoxlama oyununu yanvarın 12-də İsveçrə "Bazel"inə qarşı keçirəcək. Komanda yanvarın 15-də Bolqarıstanın "Lokomotiv" (Plovdiv), yanvarın 19-da Rusiya "Krasnodar"ı ilə  qarşılaşacaq.

Qeyd edək ki,Dubay toplanışı 6-22 yanvar tarixlərində keçiriləcək.