İngiltərənin "Çelsi" klubu futbolçusu Tiaqo Silva ilə yeni müqavilə bağlayıb.
"İki sahil"in "zadəganlar"ın rəsmi saytına istinadən məlumatına görə, 37 yaşlı müdafiəçi 2022/2023 mövsümünün sonunadək nəzərdə tutulan sözləşməyə imza atıb.
Braziliyalı oyunçu London komandasında ötən mövsümdən forma geyinir. "Sambaçı" cari mövsüm 17 matçda 2 qol vurub.
Xatırladaq ki, Tiaqo Silva daha əvvəl Fransanın PSJ, İtaliyanın "Milan", Portuqaliyanın "Portu", Braziliyanın "Juventude" və "Fluminense" klublarında çıxış edib.
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar