04 yanvar 2022 00:29
1322

"Mançester Yunayted" öz meydanında uduzub

"Mançester Yunayted" İngiltərə çempionatının 21-ci turu çərçivəsində doğma meydanında "Vulverhempton"a 0:1 hesabı ilə uduzub.

"İki sahil"in məlumatına görə, oyunda yeganə qolu 82-ci dəqiqədə Joau Moutinyu vurub.

"Mançester Yunayted" Premyer Liqada 19 oyundan sonra 31 xalla 7-ci yerdədir. “Vulverhempton” 38 xal toplayıb və səkkizinci pilləyə yüksəlib.