04 yanvar 2022 00:08
1008

"Monako"ya yeni baş məşqçi

Belçikanın "Brügge" klubuna rəhbərlik edən Filip Kleman “Monako” futbol klubunun baş məşqçisi təyin edilib.

"İki sahil"in məlumatına görə, bu barədə "Monako"nun mətbuat xidməti bildirib.

Məlumata əsasən, 47 yaşlı belçikalı mütəxəssislə müqavilə 3 mövsümlük imzalanıb. F.Kleman yanvarın 1-də istefaya göndərilən Niko Kovaçı əvəzləyib.

F.Kleman 2019-cu ildən "Brügge"yə rəhbərlik edib və klub ilə iki dəfə çempionluğu qazanıb.