İtaliya "Yuventus"unda çıxış edən Alvaro Morata karyerasını İspaniya "Barselona"sında davam etdirəcək.
“İki sahil” xəbər verir ki, Kataloniya təmsilçisi müqavilə ilə "Atletiko" (Madrid) klubuna məxsus olan 30 yaşlı hücumçunun transferi ilə bağlı razılığa gəlib.
Forvard yanvarda "Barselona"ya keçəcək və 18 aylıq icarəyə götürüləcək. Klub La Liqadakı maaş həddidə görə hələlik Moratanın keçidini elan edə bilməyəcək.
Qeyd edək ki, Alvaro Morata cari mövsüm "Yuventus"un heyətində 22 oyuna çıxıb, 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar