03 yanvar 2022 18:31
769

"Roma"da koronavirusa yoluxan futbolçuların sayı artıb

İtaliyanın "Roma" klubunda koronavirusa yoluxan futbolçuların sayı artıb.

“İki sahil” xəbər verir ki, əsas komandada daha bir oyunçunun testi pozitiv çıxıb.

Klub həmin şəxsin adını açıqlayıb. Ötən gün "canavarlar"ın daha iki üzvündə koronavirus aşkarlanıb.

Qeyd edək ki, "Roma" yanvarın 6-da A Seriyasının XX turunda "Milan"ın qonağı olacaq.