Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədova karyerasını bərpa edib.
“İki sahil” xəbər verir ki, analıq məzuniyyətindən qayıdan hücumçu Türkiyə çempionatında çıxış edəcək. O, “Bolu Bələdiyyəsispor” klubu ilə anlaşıb. Voleybolçumuzun Superliqa təmsilçisi ilə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.
Y.Səmədova Bolu təmsilçisinin heyətində yığmamızın ikinci üzvü olacaq. Onadək Olena Xarçenko da bu klubla müqavilə imzalayıb.
Qeyd edək ki, 13 turdan sonra hesabında 13 xal olan klub 14 komanda arasında 13-cü pillədə qərarlaşıb.
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar