03 yanvar 2022 00:29
952

"Çelsi" "Liverpul"a məğlubiyyətdən qurtulub

Futbol üzrə İngiltərə Premyer Liqasında XXI turun mərkəzi görüşü "Çelsi" və "Liverpul" komandaları arasında keçirilib.

“İki sahil” xəbər verir ki, Londondakı "Stemford Bric" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.

İlk iki qolu qonaq komandanın futbolçuları vurub. 9-cu dəqiqədə Sadio Mane, 26-cı dəqiqədə Məhəmməd Salah fərqlənib. Meydan sahiblərindən Mateo Kovaçiç 42-ci, Kristian Pulişiç isə 45+1-ci dəqiqədə qol vuraraq, yekun nəticəni müəyyənləşdiriblər.

Beləliklə, məğlubiyyətdən qurtulan "Çelsi" 43 xalla 2-ci pillədə qalıb və lider "Mançester Siti"dən 10 xal geri düşüb. Ehtiyatda bir oyunu olan "Liverpul" isə 42 xalla 3-cüdür.