İspaniya "Barselona"sının qapıçısı Neto klubdan ayrılmaq istəyir.
"İki sahil" “El Nacional”ə istinadən xəbər verir ki, 33 yaşlı qolkiper bu barədə Kataloniya təmsilçisinin rəhbərliyini məlumatlandırıb.
Müntəzəm oyun praktikasının olmamasından narazı qalan braziliyalı oyunçu karyerasını ölkəsində davam etdirmək niyyətindədir. Neto "Barselona"nın "Flamenqo"dan gələn təklifi qəbul etməsini istəyib.
Qeyd edək ki, Neto cari mövsüm İspaniya La Liqasında 2 oyuna çıxıb və 3 qol buraxıb.
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar