İspaniyanın "Barselona" klubunun futbolçusu Usman Dembele Almaniya "Bavariya"sına təklif olunub.
"İki sahil" "Bild" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun Kataloniya təmsilçisindəki gələcəyi şübhə altındadır.
Fransalı oyunçunun agentləri forvard üçün yeni klub axtarır. Münhenlilər təklifdən xəbərdardır, lakin Dembelenin xarakterini bəyənmirlər. O, 2016/2017 mövsümündə Almaniyada "Borussiya" (Dortmund) komandasının formasını geyinib.
Qeyd edək ki, Usman Dembele 2017-ci ildən "Barselona"da çıxış edir. Onun klubla müqaviləsi iyunun 30-da başa çatacaq.
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar