02 yanvar 2022 13:58
848

Heç vaxt “Yuventus” və ya “Milan”a keçmərəm - Lukaku

“Heç vaxt “Yuventus” və ya “Milan”a transfer olmaram”.

“İki sahil” xəbər verir ki, bu sözləri mövsümün əvvəlində “İnter”dən “Çelsi”yə transfer olunan Romelu Lukaku deyib.

“Yuventus” və ya “Milan”a keçərəmmi? Heç vaxt. Bir daha deyirəm: heç vaxt. Bu heç vaxt olmayacaq”, - deyə o bildirib.

Lukaku qeyd edib ki, onun üçün İtaliyada yalnız “İnter” var.