02 yanvar 2022 09:19
1128

Ronaldu nədən narazıdır?

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu ilin yekunlarını qiymətləndirib.

“İki sahil” xəbər verir ki, futbolçu “Mançester Yunayted”lə nail olduqlarından razı qalmadığını bildirib.

“Əlbəttə ki, “Old Trafford”a qayıtmaq həmişə mənim karyeramda ən əlamətdar anlardan biri olacaq. Ancaq “Mançester Yunayted”lə nail olduqlarımdan məmnun deyiləm. Bizdən heç kim razı deyil, buna əminəm. Bilirik ki, daha çox çalışmalı, indi oynadığımızdan daha yaxşı oynamalıyıq”, - deyə o bildirib.