01 yanvar 2022 23:00
535

54 yaşlı futbolçu klubunu dəyişdi

54 yaşlı yaponiyalı futbolçu Kazuyoşi Miura yeni kluba transfer olub.

"İki sahil" "Eurosport"a istinadən xəbər verir ki, hücumçu 2005-ci ildən çıxış etdiyi 2-ci liqa təmsilçisi "Yokohama"dan ayrılıb.  Təcrübəli futbolçu 4-cü liqada mübarizə aparan "Suzuka Point" klubuna transfer olunub.

Qeyd edək ki, Kazuyoşi Miura peşəkar karyerasını davam etdirən ən yaşlı futbolçudur.