İspaniya "Barselona"sı futbolçusu Usman Dembele ilə yollarını ayıra bilər.
“İki sahil” AS nəşrinə istinadla xəbər verir ki, klub rəhbərliyi yanvarın 3-də fransalı hücumçu və agenti Mussa Sissoko ilə sonuncu dəfə görüşəcək.
Tərəflər yeni müqavilə barəsində ortaq məxrəcə gələ bilməsələr, Kataloniya təmsilçisi 25 yaşlı forvardı qış fasiləsində transferə çıxaracaq. "Barselona" rəhbərliyi Dembelenin komandada qalacağına inanmır.
Qeyd edək ki, Usman Dembele 2017-ci ildən "Barselona"da çıxış edir. Onun klubla 2022-ci il iyunun 30-dək müqaviləsi var.
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar