01 yanvar 2022 11:09
916

Məmmədyarov və Rəcəbovun mövqeləri dəyişməyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

“İki sahil” xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov 2 767 xalla 9-cu pillədəki yerini qoruyub.

Teymur Rəcəbovun də mövqeyində dəyişiklik olmayıb. 2 753 xala malik 35 yaşlı qrossmeyster 14-cü sırada qərarlaşıb.