24 dekabr 2021 13:05
1049

Tennisçi kokaindən istifadə etdiyi üçün cəzalanıb

Kolumbiyalı tennisçi Alexandro Qomes yarışlardan kənarlaşdırılıb.

“İki sahil” xəbər verir ki, 30 yaşlı idmançı kokaindən istifadədə ittiham olunduğu üçün cəzalandırılıb.

Qomesin oktyabrın 30-da verdiyi sikid nümunəsində kokain tapılıb. Tennisçinin dekabrın 15-dən istintaq başa çatan müddətədək yarışlarda iştirakı qadağan olunub.