24 dekabr 2021 11:46
919

“Liverpul”un oyunu təxirə salındı

İngiltərə Premyer Liqasında 19-cu turun iki oyunu təxirə salınıb.

“İki sahil” xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Dekabrın 26-da keçirilməli olan “Liverpul” – “Lids” və “Vulverhempton” – “Uotford” matçları təxirə salınıb. Buna səbəb “Lids”in və “Uotford”un heyətində koronavirusa kütləvi yoluxma qeydə alınması olub.