Argentina bu yaxınlarda ürək problemlərinə görə karyerasını başa vurduğunu elan edən Serxio Aquero adına mükafat təsis edib.
"İki sahil" xarici KİV-lərə istinadən xəbər verir ki, Argentina kubokunun bombardiri üçün mükafat əfsanəvi hücumçunun adını daşıyacaq. Bu barədə Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia məlumat verib .
Qeyd edək ki, Argentina millisinin sabiq üzvü Aquerp klub səviyyəsində vətənində " "İndependente"də çıxış edib. Bundan başqa, o, “Mançester Siti”, “Barselona” və “Atletiko" kimi klublarda oynayıb.