23 dekabr 2021 15:11
927

Messi antirekordunu təkrarladı

PSJ-nin futbolçusu Lionel Messi antirekordunu təkrarlayıb.

"İki sahil" "Stats Foot"a istinadən xəbər verir ki, Fransa çempionatının 19-cu turunda səfərdə "Loryen"lə matçda (1:1) fərqlənə bilməyən argentinalı hücumçu bu mövsüm  Paris təmsilçisinin səfərdə keçirdiyi 8 oyunun heç birində qol vurmayıb.

Bu, onun karyerasındakı ən pis seriyasının təkrarıdır. 2006-cı ilin sentyabrından 2007-ci ilin martına qədər Messi "Barselona"nın heyətində ardıcıl 8 səfər oyununda fərqlənə bilməyib.