"Real"ın hücumçusu Kərim Benzema bir təqvim ilində vurduğu qol sayına görə "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonu üstələyib.
"İki sahil" xarici KİV-lərə istinadən xəbər verir ki, o, buna La Liqanın 21-ci turunda "Atletik"lə matçda (2:1) dubl edərək nail olub. Fransalı hücumçu bu il vurduğu qolların sayını 47-ə yüksəldib. Hazırda Ronaldonun aktivində isə 46 qol var.
Bu göstəridə 69 qolla "Bavariya"nın hücumçusu Robert Levandovski liderdir. İkinci yeri 2021-ci ildə 49 qol vuran Kilian Mbappe (PSJ) və Erlinq Haaland ("Borussiya" Dortmund) bölüşür.