22 dekabr 2021 22:07
879

Millinin yeni baş məşqçisi koronavirusa yoluxdu

Uruqvay millisinin yeni baş məşqçisi Dieqo Alonso koronavirusa yoluxub.

“İki sahil” xəbər verir ki, mütəxəssisin testi müsbət nəticə verib.

Bu üzdən də Alonsonun təqdimat mərasimi təxirə salınıb. Sabah baş tutmalı olan tədbir Montevideoda keçirilməli idi. 46 yaşlı mütəxəssisin təqdimatının yeni tarixi sonra dəqiqləşəcək.

Qeyd edək ki, Alonso dekabrın 14-də bu vəzifəyə təyin olunub.