22 dekabr 2021 17:44
1022

“Tornado”nun rəqiblə toqquşan 20 yaşlı qapıçısı ölüb

İndoneziyanın "Tornado" futbol klubunun qapıçısı Taufik Ramsi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, 20 yaşlı qolkiper "Vaqana" klubuna qarşı III divizion oyununda rəqib futbolçu ilə toqquşmadan sonra huşunu itirib.

Ramsi dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.