22 dekabr 2021 17:02
1043

"Latsio" İmmobileni itirdi

“Latsio”nun hücumçusu Çiro İmmobile koronavirusa yoluxub.

“İki sahil” xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandadan təcrid olunan təcrübəli futbolçu karantinə alınıb. Onun A seriyasının növbəti turunda “Venetsiya”ya qarşı keçiriləcək matçda iştirak etməyəcəyi bildirilib.

Qeyd edək ki, İmmobile bu mövsüm “Latsio” formasıyla bütün turnirlərdə 21 oyuna çıxıb, 16 qol vurub.