Cüdoçu Elmar Qasımov yenidən Azərbaycan milli komandasının heyətində məşqlərə qatılıb.
“İki sahil” xəbər verir ki, bu barədə idmançının özü məlumat verib.
O bildirib ki, hazırda yığmanın heyətində Göygöldə təlim-məşq toplanışındadır:
“Açığı, mən milli komandadan getməmişdim. Sadəcə keçmiş federasiya rəhbərliyi ilə problemim var idi. Rəhbərlik dəyişəndən sonra isə komandadayam və hazırda da yığma ilə təlim-məşq toplanışındayam”.