22 dekabr 2021 11:27
955

Astaralı idmançının uğuru - FOTO

Azərbaycanın milli komandasının tərkibində çıxış edən astaralı idmançı Ağadədə Əliyev Ukraynanın Xarkov şəhərində keçirilən idmanın döyüş növləri üzrə Dünya çempionatında full-kontakt kikboksinq versiyası üzrə  75 kiloqram çəki dərəcəsində birinci yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.  Həm də bu möhtəşəm qələbə astaralı idmançıya  ikiqat dünya çempionu adını qazandırıb. Üç gün davam edən, dünyanın 25 ölkəsini təmsil edən idmançıların qələbə uğrunda  gərgin mübarizə apardığı çempionatında Azərbaycan milli komandası isə Vətənə 6 qızıl medalla qayıdıb.

Azərbaycan idmançıların Ukraynaya səfəri bir də onunla əlamətdar olub ki, Xarkov şəhərində  fəaliyyət göstərən fəxri səfirimiz Əfqan Salmanov  səfirlikdə “Nizami Gəncəvi  İli”  ilə bağlı keçirilən tədbirə  onları dəvət edir. Çempionat başa çatdıqdan sonra  isə səfir  milli komandamızın üzvlərinə qiymətli mükafatlar verib.

Məlumat üçün onu da bildirək ki, “Gömrükçü” İdman Mərkəzinin üzvü    Ağadədə Əliyev 2018-ci ildə Bakı şəhərində Alpaqut döyüş növü üzrə keçirilən Dünya  çempionatında qızıl medala sahib olub.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü