22 dekabr 2021 10:50
874

Komandada 27 nəfər koronavirusa yoluxub

İspaniyanın “Luqo” klubunda koronavirusa yoluxma qeydə alınıb.

“İki sahil” xəbər verir ki, aşağı liqa təmsilçisində 27 yoluxma aşkarlanıb.

Yoluxan 27 nəfərdən 17-si futbolçu, 9-u texniki heyət üzvü, biri klub əməkdaşıdır. Növbəti testlərin cavabını gözləyən klubdakı xəstələnənlərin sayı daha da arta bilər.

“Luqo”nun növbəti matçı təxirə salınıb. Əksər üzvləri karantində olan komanda yalnız 2022-ci ildə meydana çıxa biləcək.