22 dekabr 2021 01:15
862

Azarkeşlər Salahı ilin ən yaxşısı seçdilər

İngiltərədə azarkeşlər tərəfindən təsis edilən "Fans' Footballer of the Year" ("Azarkeşlər arasında ilin futbolçusu") mükafatının sahibi bəlli olub.

“İki sahil” xəbər verir ki, ingiltərəli azarkeşlər hesab edirlər ki, Premyer Liqada 2021-ci ilin ən yaxşı oyunçusu Məhəmməd Salahdır.

"Liverpul"un misirli hücumçusu 140 mindən artıq azarkeşin iştirak etdiyi səsvermənin qalibi olub. İkinci yeri "Vest Hem" klubunun yarımmüdafiəçisi  Deklan Rays tutub. "İlk üçlüy"ü "Mançester Yunaytedin" yarımmüdafiəçisi Brunu Fernandes qapayıb.

Kriştianu Ronaldu siyahıda 14-cü yerdə qərarlaşıb.